“Kəpəz”in icraçı direktoru Cabir İbrahimovun işinə son verilib.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, bu vəzifə klubun sabiq meneceri Samir Quliyevə həvalə olunub. Quliyevin yeni işi isə icraçı direktor yox, baş direktor adlanacaq. Cabir İbrahimov icraçl direktor vəzifəsindən çıxarılmasına baxmayaraq Gəncə şəhər stadionunun direktoru kimi öz fəaliyyətini davam etdirəcək.
İdmanxeber.com-a açıqlamasında klub rəsmisi xəbəri təsdiqləyib və məsələyə bu cür şərh verib: “Bəli işdən çıxarılmışam. Səbəbi Vallah özümə də məlum deyil (gülür) Gülməyim gəlir, görən nə səbəbə işimə son verdilər? Kaş ki, gənc perpektivli insanların qabağa getməyinə mane olmazdılar. Bu vəzifə dəyişikliyi bir müddət əvvəl olub. Niyə klub bu barədə rəsmi məlumat yaymayıb, o da maraqlıdı…”.