Son dövlər maliyyə məsələlərində müəyyən problemlərlə üzləşən “Porto” məşhur futbolçusu ilə yolları ayırmağı planlaşdırır.
İdmanxeber.com-un məlumatına görə, Portuqaliya klubu ildə 5 milyon avro maaş alan qapıçısı İker Kasilyası göndərməyi düşünür. İnamlı çıxış etməməsi səbəbindən əsas heyətdəki yerini də itirən qolkiperin klubdan ayırlması ehtimalı yüksəkdi. “Əlcək sahibi”nin “Porto”dan ayrılmasından sonra klub rəhbərliyi maliyyə məsələlərində bəzi irəliləyişlərə nail olmağı hədəfləyir.