Çempionlar Liqasının 4-cü turunun görüşləri çərçivəsində “Metropolitano” stadionunda “Qarabağ”ı qəbul edəcək “Atletiko” qarşılaşmadan əvvəl məşqini başqa arenada keçiriəcək.
İdmanxeber.com–un məlumatına görə, paytaxt klubunun çalışdırıcısı Dieqo Simeone məşq prosessini əvvəlki stadionları “Visente Kalderon”a salmağı məqsədəuyğun hesab edib.
Bununla belə argentinalı baş məşqçi matçdan əvvəl jurnalistlərin suallarını “Atletiko”nun hazırkı arenası “Metropolitano”da cavablandıracaq.
Qeyd edək ki, “Atletiko” – “Qarabağ” görüşü oktyabrın 31-i keçiriləcək.