Azərbaycan Premyer Liqasında X turun “”Qarabağ” – “Səbail” (1:0) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Idmanxeber.com-un məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:
– Komandanı təbrik edirəm. Layiqli qələbə qazandıq. Ağır matç idi. Belə oyunlar komanda üçün vacibdi. İlk hissədən sonra futbolçularla söhbətimiz oldu. Onlara dedim ki, futbolda azlıqda qalmaq da var, mübarizə aparmaq lazımdı. Çoxdan idi 10 nəfərlə oynamırdıq. Bu gün uşaqlar topla doğru davrandılar topla.
– Penalti şübhəsi var idi. Fikirləriniz?
– Hakimliklə bağlı çox danışmaq istəmirəm. Ancaq nə etmək istədiyi çatmadı mənə. Rəvan Həmzəzadə sərt oyuna imkan verən hakimdi. Amma bəzi epizodlarda qeyri-adi qərarlar verdi. Penalti epizodu, Pedroya sarı vərəqə verdiyi anda düzgün qərar qəbul etmədiyi göründü. Maraqlı epizodlar var idi. Yenə baxacağıq. Yəqin ki, bundan sona dəqiq fikir yaranar.
– Pedro Enrikenin zədəsi nə yerdədi?
– Düşünürəm, ciddi bir şey olmaz. 1-2 günə düzələ bilər. Dəqiq məlumat sabah bilinəcək?.
– Çoxları sizi millinin baş məşqçisi postuna namizəd görür. Təklif gəlsə, qəbul edərsiz?
– Dəfələrlə bu barədə söhbətlər olub. Xarakterimi bilirsiz, indi hər hansı fikir söyləmək düzgün olmaz. Nəsə desəm, bu, fikrimizi “Atletiko” ilə oyundan yayındıra bilər. Əsas bu matçı gözləyirik və ona hazırlaşırıq. Həmin matçdan sonra baxarıq nə olur. Prosineçkiyə təşəkkür etməliyik. Onun getməsi bir az gözlənilməz oldu. Özünü komandada hiss etmişdi. O dünən gedib və mən tez bir zamanda fikir bildirsəm, hörmətsizlik olar. Doğru qərarı AFFA verəcək. İndi deyəcəklərim uydurma olardı.
– Milliyə Roman Qriqorçuk və Kaxaber Sxadadze də namizəd göstərilir. Bu ikisi arasında kimi seçərdiz? AFFA İcraiyyə Komitəsinin üzvü kimi öz təklifiniz varmı?
– Mənim heç bir təklifim yoxdu. Buna hazır deyiləm. Ümumiyyətlə, fikirləşməmişəm. Bu, milli komandadı. Ən düzgün qərarı verməliyik. Bir neçə dəqiqənin içində nəsə demək düzgün deyil. İcraiyyə Komitəsi olaraq da müzakirə edilməyib.
– “Atletiko” ilə oyundan nə gözləyirsiz?
– Həmişə istəmişəm, bütün futbolçular sağlam olsun. Təəssüf ki, problemlərimiz var. Bədavi Hüseynov və Yakub Jezniçşakın durumu bilinmir. Komandan layiqli mübarizə gözləyirəm. Bu gün 3 xaldan çox mübarizədən zövq aldım. “Atletiko”ya qarşı da layiqli oyun istəyirəm. Futbolçuları belə matçlarda böyüyürlər. Kimin oynamasından asılı olmayaraq, inamlı mübarizə görmək istəyirəm. Belə problemlər bizdə inamı daha da artırmalıdı.Belə problemlər məni də daha diqqətli edir. Bir onu deyə bilərəm ki, komanda çətinmıdın mübarizəı aparacaq. “Atletiko”nun qrupdan çıxmaq üçün bəlkə də son şansıdı. Ağır oyun olacaq.