Azərbaycan Premyer Liqasında 10-cu tur çərçivəsində üz-üzə gələn “Keşlə” və “Kəpəz” komandalarının oyunundan sonra keçirilən ənənəvi mətbuat konfransında qonaqların baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, oyunun gərgin keçdiyini bildirən çalışdırıcı, qələbə qazandıqları üçün özünü şad hiss etdiyini sözlərinə əlavə edib: “
“Bu oyunda xal itirsəydik, bizim üçün çox çətin olardı. Futbolçular gözəl oyundan çox, nəticə üçün oynadılar. Eyni zamanda onlar bu gün öz xarakterlərini nümayiş etdirdilər. Məncə, “Keşlə”nin oyununu yaxşı tutmuşduq, ona görə yaxşı oynadıq. Bu gün futbolçularımızın üzərində təzyiq var. Şükürlər olsun ki, bu gün bu təzyiqi geridə qoyduq. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik”.
Şahin Dİniyev: “Futbolçularım bu oyunda öz xarakterlərini nümayiş etdirdi”
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43