Milli komandamıza yeni baş məşqçi təyin olunan Qurban Qurbanovun keçidi qardaş ölkə Türkiyə mətbuatında da geniş yer alıb.
İdmanxeber.com-un məlumatına görə, 45 yaşlı çalışdırıcının yeni təyinatını işıqlandıran saytlar arasında bir müddət öncə “Qarabağ” haqda qalmaqallı yazı yazan “Sabah” da yer alıb.