“Kəpəz” klubunun Müşahidə Şurasına yeni üzv təyin olunub.
İdmanxeber.com-un məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlama verib. Müşahidə Şurası üzvlüyündən geri çağırılan Mikayıl Nərimanoğlunu İslam Abbasov əvəzləyib.
Qeyd edək ki, İslam Abbasov daha əvvəl milli komandamızda və “Neftçi”də çalışıb.