“Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem formasını geyindiyi “Aktobe” klubundan ayrılır.
İdmanxeber.com-un məlumtına görə, yarımmüdafiəçinin çıxışı Qazaxıstan klubunu qane etmədiyindən onunla qışda yolların ayrılacağı gözlənilir.
“Aktobe”nin idman direktoru Maksat Tyumaliyev bildirib ki, yeni ildən makedoniyalı futbolçu da daxil olmaqla 5 əcnəbi futbolçu ilə yollar ayrılacaq.
Qeyd edək ki, o, qazax klubunun heyətində 15 oyun keçirib və 1 qol vurub. Bu qol isə Qazaxıstan çempionatından oktuabrın ən yaxşı qolu seçilib.