22 Noyabr 2024
İdman

Avropadan Rusiyaya son biletin də sahibi bəlli oldu (VİDEO)

Bu gün DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin sonuncu pley-off oyunu keçirilib.

İdmanxeber.com-un məlumatına görə, son görüşdə İrlandiya millisi öz meydanında Danimarkanı qəbul edib.

Kopenhagendə baş tutan ilk görüşdə tərəflərdən heç birinin fərqlənə bilməməsi cavab matçında da, azarkeşlərin baxımsız bir oyuna tamaşa edəcəyindən xəbər verirdi. Lakin qonaqlar bütün bu ehtimalları alt-üst edib. Belə ki, 6 qolun vurulduğu matçda gəlmələr darmadağınla Rusiyadakı mundiala vəsiqə qazanıb.

DÇ-2018, pley-off oyunları

14 noyabr

İrlandiya – Danimarka – 1:5

Qollar: Daffi, 6 – Kristensen, 29, Eriksen, 32, 63, 74, Bentner, 90 (pen.)

İlk oyun – 0:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43