23 Noyabr 2024
İdman

Aqil Nəbiyev plastik şiti sındırdı, klubu cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan birinci divizionun 8-ci turunun “Ağsu” – “Binə” matçı başlamazdan əvvəl “Binə”nin azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə 80 manat cərimə olunub.

Azərbaycan birinci divizionun 8-ci turunun “Mil-Muğan” – “Şüvəlan” matçında “Şüvəlan”ın baş məşqiçisi  Aqil Nəbiyev stadionun plastik şitini sındırıb. Stadiona dəymiş ziyan əsasında “Mil-Muğan”ın təqdim edəcəyi hesab “Şüvəlan” tərəfindən ödəniləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43