17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
Idmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandamız Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunmuş təlim-məşq toplanışında ikinci matçda qüvvəsini sınayıb.
Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyun millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qolunu Umnisə Əliyeva vurub.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 2:2 hesabı ilə başa çatıb.