Azərbaycan Premyer Liqasının XII turu rekordla əlamətdar olub.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, belə ki, keçirilən 4 qarşılaşmada 13 qol vurulub. Orta məhsuldarlıq 3,25-ə bərabər olub. Bununla da mövsümün rekordu təkrarlanıb. Arxada qalan 11 turda yalnız ilk turda məhsuldarlıq 3 və ya daha yüksək idi. Belə ki, I turda da keçirilən 4 matçda 13 qol vurulmuşdu.
Həmin rekordun təkrarlandığı XII turda “Qarabağ” “Sumqayıt”ı 2:0 yenibsə, “Keşlə” “Zirə”yə 0:1, “Kəpəz” “Səbail”ə, “Neftçi” “Qəbələ”yə eyni – 2:3 hesabı ilə uduzub. Maraqlıdır ki, rekordun qeydə alındığı ilk turda da, bunun təkrarlandığı XII turda da toplardan 6-nı meydan sahibləri, 7-ni qonaqlar vurub.
Qeyd edək ki, arxada qalan 12 turun 47 oyununda 112 top vurulub və orta məhsuldarlıq 2,38-ə bərabər olub.
tur |
qol |
oyun |
məhsuldarlıq |
I |
13 |
4 |
3,25 |
II |
6 |
4 |
1,50 |
III |
8 |
4 |
2,00 |
IV |
8 |
3 |
2,67 |
V |
11 |
4 |
2,75 |
VI |
11 |
4 |
2,75 |
VII |
6 |
4 |
1,50 |
VIII |
10 |
4 |
2,50 |
IX |
6 |
4 |
1,50 |
X |
9 |
4 |
2,25 |