Sabah “Qarabağ”la qarşılaşacaq “Çelsi” sözügedən matçda futbolçusu Viktor Mozesin xidmətindən yararlana bilməyəcək.
İdmanxeber.com-un məlumatına görə, tibbi müayinədən keçən nigeriyalı yarımmüdafiəçinin Ağdam klubu ilə matça tam hazır olmadığı məlum olub. Buna görə komandanın baş məşqçisi Antonio Konte sabahkı görüşdə V.Mozesə şans verməyəcək.
Qeyd edək ki, V.Mozes Premyer Liqada “Kristal Pelas”a qarşı oyunda zədələnib.