29 Noyabr 2024
İdman

Davud Kərimi: “İlk qol pis təsir etdi, ardından mən səhv etdim”

“Kəpəz” Topaz Premyer Liqasının 13-cü turunda evdə “Qəbələ”yə 1:6 hesabı ilə uduzub.
 
Idmanxeber.com-un məlumatına görə, oyundan sonra Gəncə klubunun qolkiperi Davud Kərimi jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli əlcək sahibi ilk olaraq oyun haqda danışıb:
 
Danışılası söz yoxdur. Hər şey göz qabağındadır. Bilirdik ki, bizdən istəkli idilər. Çünki Gəncəyə bizdən tez gəlmişdilər.  Həm də son 3 oyunda bizə qalib gəlməmişdilər. Çətin olacağını dərk etmişdik. Belə olacağını gözləmirdik. Çox məyusuq. Yunis Hüseynovun debütündı belə olmasını istəməzdik. Öz səhvlərimizdən uduzuduq.
 
Komandada motivasiya yox kimi idi…
Biz çox istəkli idik. Ola bilər ki, “yandıq”. 1-ci dəqiqədə vuraln qol bizi “sındırdı”. Daha sonra mənim etdiyim səhv uşaqları ruhdan saldı. İnanıram ki, bundan nəticə çıxarıb növbəti oyunları yaxşı keçirəcəyik.
 
Bu nəticə ilk oyundakı qələbənin təsadüf olduğunu göstərdi?
Xeyr, onlar həmin oyunda da istəkli idilər. Son pillədən qurtulmaq istəyirik. Hər məğlubiyyət bizi geri salır. Yunis müəllimin gəlişinə görə uduzmaq istəmirdik. Lakin alınmadı.
 
“Kəpəz” ətrafında gəzən söz-söhbətlər komandaya necə təsir?
Bunların futbolçulara aidiyyatı yoxdur. Bu, yuxarı səviyyədə olan söhbətlərdi. Şahin müəllimin gedişindən sonra yeni nəfəs lazım idi və Yunis Hüseyov komandaya gəldi.
 
Yunis Hüseynov oyundan sonra sizə nə söylədi?
Bildirdi ki, bu komanda ilə həmin “Qəbələ”yə qarşı yaxşı oyun nümayiş etdirəcəyik. Əlavə etdi ki, bütün komandalara qarşı başağrısı olacağıq.
 
Adına yaraşmayan qollar buraxdın…
2-ci qolda topu tez tutaraq oyuna başlamaq istədim. Lakin topa sahib ola bilmədim və Monrozun qarşısına düşdü, o  da qapını dəqiq nişan aldı. Kobud səhv etdim. 4-cü qolda kobud səhvimin olduğunu deməzdim. Qabaqda durmuşdum, müdafiəçimizin səhvindən sonra Dabo topu başımın üstündən atdı.
 
Erkən qola görə ruh düşkünlüyü var idi, yoxsa matçdan öncə də belə idiniz?
Xeyr, biz Yunis müəllimin ilk oyununda uduzmaq istəmirdik. Məsuliyyətli yanaşırdıq. Rəqiblərimizdən aralanmaq istəmirik. Alınmadı, ilk qol pis təsir etdi. Ardından mən səhv etdim. 
 
“Kəpəz” yeni qazonda istədiyi kimi oynamır. Ancaq kələ-kötür stadionda klublara başağrı idiniz. “Kəpəz” normal stadionda futbol oynaya bilmir?
Mən də fikirləşirəm ki, bu stadionda ötən mövsüm ancaq “Qarabağ”a uduzmuşduq. Rəqiblər Gəncədən 3 xalla qayıtmırdı. Özümüz də məəttəlik ki, nə baş verir. İnanıram ki, yaxşı nəticələr qazanacağıq. 3 futbolçumuzun olmaması da öz sözünü ciddi olmasa da, dedi.
 
Yunis Hüseynovla Şahin Diniyev fəlsəfələrində nə fərq var?
Şahin müəllim müdafiədən oyun qururdusa, Yunis Hüseynov hücumameyilli oyun istəyir.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43