Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Kəpəz” – “Qəbələ” matçı zamanı xoşagəlməz hadisə yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın gedişində hesabdan narazı olan yerli azarkeşlər zaman-zaman sevimli komandalarının futbolçularını söyməyə başlayıb. Bundan qəzəblənən “sarı göylər”in müdafiəçisi Şəhriyar Əliyev bir qrup tərəfdara əli ilə ədəbsiz yerini işarə edərək susmalarını tələb edib. Məsələ “Kəpəz”in yeni baş məşqçisi Yunis Hüseynovun qulağına çatıb. Sözügedən hadisəyə hiddətlənən Hüseynovun Əliyevlə xüsusi söhbət aparacağını öyrəndik.