27 Noyabr 2024
İdman

Şəhriyar Əliyevlə azarkeş arasındakı mübahisəyə “Kəpəz”dən – AÇIQLAMA

“Kəpəz” – “Qəbələ” matçı sonrası ev sahiblərinin müdafiəçisi Şəhriyar Əliyevlə yerli azarkeşlər arasında mübahisə yaranması barədə xəbər vermişdik.
İdmanxeber.com-a açıqlamasında Gəncə klubunun azarkeşlərlə əlaqələndirici Elmar Əliyev də sözügedən hadisə haqda münasibət bildirib. Baş məşqçiləri Yunis Hüseynov və rəhbərliyin də məsələdən xəbərdar olduğunu söyləyən E.Əliyev mübahisəyə səbəb olan tərəfdarların hər hansı fanklub üzvü olmadığını söyləyib: “Orda Şəhriyara söyən azarkeşlər müstəqil fanatlardı. Başa düşürük, bəzi “Kəpəz” azarkeşləri hədsiz aqressiv olur. Məğlubiyyəti həzm edə bilmirlər. Lakin onu da bildirək ki, Şəhriyar həmin matçda canını qoydu. Düşünürəm ki, Şəhriyara söymək düzgün deyildi. Eyni sözləri Şəhriyar haqda da demək olar. Çünki Əliyev “Qəbələ” ilə oyuna komandamızı kapitan kimi çıxardı. O, futbolçu olmaqdan əlavə, bir insan kimi çox tərbiyəli, birisidi. Ümid edirik ki, gələcəkdə belə hallar təkrarlanmayacaq. Xarici çempionatları hər birimiz izləyirik. Hər hansı Avropa komandası əsas liqadan aşağı dəstəyə düşür, azarkeşləri alqış sədaları və göz yaşları ilə sevimli klublarını I Diviziona yola salırlar. Daha söymürlər. Yenə deyirəm, Şəhriyar bizim futbolçudu, gəlin belə hallara yol verməyək. Şəhriyarla əlaqə saxladım, dedi ki, özümü gəncəli kimi hiss edirəm, bura bağlı insanam. Həmin azarkeşlər tərəfindənı mənə təhqir gəldikdə, özümü saxlaya bilmədim. “Kəpəz”in azarkeşlərlə əlaqələndiricisi kimi bir məsələni də diqqətinizə çatdırıml ki, “Kəpəz”də nizam-intizamsızlığa yer yoxdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43