Dekabr ayında müqaviləsi başa çatdıqdan sonra Azərbaycan milli komandasının baş məşqçi postundan ayrılacaq Robert Prosineçki Sloveniya yığmasına lazım olmayıb.
İdmanxeber.com-un məlumatına görə, xorvatiyalı mütəxəssisin sözügedən ölkədə çalışdırıcı kimi işləməsi real görünsə də, son anda Sloveniya Futbol Federasiyası bu fikrindən daşınıb. Qurum Tomaj Kavçiçi yığmanın başına gətirməyi qərar alıb.
Qeyd edək ki, R.Prosineçkinin AFFA ilə müqaviləsi dekabrın əvvəli başa çatır. Bundan sonra milliyə Qurban Qurbanov rəhbərlik edəcək.