“Binə”yə qalib gəlməyi çox istəyirdik. “Kəpəz”də yeni baş məşqçiyəm. Komandamız da əla vəziyyətdə deyil”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Kəpəz” – “Binə” oyunundan sonra Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov deyib. Qələbə qazandıqları üçün şad olduqlarını dilə gətirən təcrübəli mütəxəssis, qarşıdakı görüşləri düşünüklərini dilə gətirib: “Belə qərar aldıq ki, ölkə kubokunda uğurlu nəticələr qazanaq. Çünki Avropa Lİqasına gedən üçün ən ideal yol ölkə kubokundan keçir. Avropa Liqasına düşmək istəyirik. Desək ki, Premyer Liqada hər kəsi məğlub edib, 3-cü yeri tutacağıq, bu yalan olardı. Ancaq kubokda əlimizə düşən fürsətlərdən yararlanmaq istəyirik. Oyuna gəldikdə, birinci hissə heç xoşuma gəlmədi. Rəqibimiz isə xoş təsir bağışladı. Həqiqətən çox yaxşı kollektiv formalaşdırıblar. Səhvlərimiz çoxdu, həmin səhvlərin üstündə işləməliyik. Əziyyət çəkməliyik”.