27 Noyabr 2024
İdman

“Qəbələ” legioner futbolçusunu göndərdi

“Qəbələ” qış fasiləsi ərəfəsində əcnəbi futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, söhbət Ekqo Ehiosundan gedir. Göstərdiyi performansı ilə baş məşqçi Roman Qrioqorçuku razı sala bilməyən nigeriyalı legionerlə başa çatan müqavilə uzadılmayıb.

Qeyd edək ki, Ekiqo Ehiosun “Qəbələ”yə ilk olaraq 2014-cü ilin yayında “Gənclərbirliyi” komandasından icarə əsasında keçmişdi. Bir ildən sonra “Samsunspor”un yolunu tutan futbolçu bu yay yenidən Azərbaycan klubuna qayıtmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43