Çempionlar Liqasında qrup mərhələsinin ən gözəl qolları müəyyənləşib.
İdmanxeber.com-un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər arasında keçirilən sorğunun qalibi “Beşiktaş”ın hücumçusu Cenk Tosun olub.
Türkiyə millisinin üzvünün I turda “Porto” ilə səfər qarşılaşmasında uzaq məsafədən vurduğu qol respondentlərin 44% səsini toplayıb. Maraqlıdı ki, Cenk ən yaxın izləyicisi Qaret Beyli 30% səs qabaqlayıb. “Real”ın futbolçusunun Dortmund “Borussiya”sı ilə səfərdə vurduğu top da azarkeşlərin rəğbətini qazanıb.