Yığmamızın baş məşqçisi Qurban Qurbanov “Qarabağ”ın U-19 komandasının hücumçusu Yaroslav Dedanın milliləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münsibət bildirib.
İdmanxeber.com-un məlumatına görə, o, bu gün keçirdiyi mətbuat konfransında bu məsələnin mümkünlüyünü bildirib:
“Konkret qərar yoxdur. Onu əsas komanda ilə qış toplanışına aparacağam. Azərbaycan futboluna fayda verərsə, qanun çərçivəsində bu cür addım atmaq barədə düşünərik. Belə bir təcrübə hər yerdə var”.
Qeyd edək ki, ukraynalı Yaroslav Deda UEFA Gənclər Liqasında “Qarabağ”ın hər 3 qolunun müəllifidir.