“Keşlə”nin Antalya toplanışı çərçivəsində ilk rəqibi müəyyənləşib.
Bu barədə İdmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib. Onun sözlərinə görə, Bakı klubu Türkiyədə ilk oyununu Makedoniya “Rabotniçki”sinə qarşı keçirəcək.
Bu barədə rəqib komandanın rəsmi saytı da artıq məlumat yayıb.
Artıq matçın vaxtı da bilinir. Görüş yanvarın 23-ü keçiriləcək. “Rabotniçki” 1 gün sonra isə “Qəbələ” ilə qüvvəsini sınayacaq. “Keşlə” gələn ayın 22-də Antalyaya yollanacaq və fevralın 2-nə kimi hazırlıq keçəcək.
Qeyd edək ki, əvvəlki adı ilə “İnter” 2008-2009-cu il mövsümündə “Rabotniçki” ilə qarşılaşıb və iki oyunun nəticəsinə görə rəqibini mübarizədən kənarlaşdırıb. Cavab matçında Bronislav Çervenka “İnter”in Çempionlar Liqası tarixində ilk səfər qoluna imza atıb.