Qış transfer pəncərəsində heyətini gücləndirməyə çalışan və düşdüyü çətin vəziyyətdən qurtulmağa niyyətində olan “Kəpəz” futbolçu axtarışlarını davam etdirir.
İdmanxeber.com-a kluba yaxın mənbədən daxil olan məlumata görə, “sarı göylər”in baş məşqçisi Yunis Hüseynov axtardığı oyunçulardan birini artıq “Qəbələ”də tapıb. Söhbət Roman Hüseynovdan gedir. Baş məşqçi Roman Qriqorçukdan nadir hallarda forma şansı görən gənc futbolçu yeni mövsümdən etibarən Gəncə klubunda icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, 20 yaşlı oyunçu cari mövsüm “Qəbələ”nin heyətində 4 rəsmi matçda iştirak edib.