“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov qış fasiləsində göndərdikləri legioner futbolçuların əvəzinə yeni oyunçular gətirəcəklərini bildirib.
İdmanxeber.com-un məlumatına görə, “ARB” Tv yə açıqlamasında yeni 4 əcnəbi futbolçu ilə danışıqlar apardıqlarını söyləyən təcrübəli mütəxəssis, yaxın günlərdə hər şeyə aydınlıq gələcəyini bildirib: “4 legioner futbolçu ilə danışıq aparırıq və yekunlaşmaq üzrədi. Yaxın günlərdə, məlum olacaq. Bununla belə yerli futbolçu axtarışlarımız da davam edir”.