“Səbail”in Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı ərəfəsində dörd yoxlama oyunu keçirəcək komandalardan ikisinin adı bəlli oldu.
İdmanxeber.com-un məlumatına görə, komanda yanvarın 26-da “Napredak” (Serbiya, Krusevac) və 29-da isə “Lokomotiv Plovdiv” (Bolqarıstan) klubları ilə qarşılaşacaq. Digər iki rəqib isə məlum olandan sonra məlumat veriləcək.