26 Noyabr 2024
İdman

Dik Advokat son sırada gedən klubun baş məşqçisi təyin olundu

“Zenit”, “Fənərbaxça” kimi klubların, Rusiya və Hollandiya millilərinin çalışdırıcı olmuş Dik Advokat məşqçiliyə geri dönüb.

İdmanxeber.com-un məlumatına görə, son olaraq Hollandiya yığmasında işləyən, istefa verdikdən sonra isə məşqçilik karyerasını sonlandıran 70 yaşlı Advokatın növbəti postu bəllidi. O, bundan sonra Hollandiya çempionatının son pilləsində qərarlaşan “Sparta Rotterdam” kollektivinin başında olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43