30 Noyabr 2024
İdman

Yunis Hüseynov: “Heç bir futbolçunun cürəti çatmaz mənə etiraz etməyə”

“Fasilə ərəfəsində məşqlərimizi Bakıda keçirirdik. Təəssüf ki, bu müddət ərzində yoldaşlıq görüşü oynamadıq. Bunun da müəyyən səbəbləri vardı. “Zirə” ilə matçın ilk hissəsində komandam sanki tam özünə gələ bilməmişdi, ikinci yarıda daha yaxşı oyun sərgilədik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində baş tutan “Kəpəz” – “Zirə” matçı sonrası ənənəvi mətbuat konfransında meydan sahiblərinin baş məşqçisiYunis Hüseynov deyib. Təcrübəli mütəxəssis oyunu bu cür analiz edib:

“Əvvəlki görüşlərdə olduğu kimi yenə son dəqiqələrdə qol buraxıb uduza bilərdik. Şükürlər olsun ki, rəqib son saniyələrdə fərqlənmədi. Amma bizim də qol imkanlarımız oldu. Qarşıda bizi ağır oyunlar gözləyir. Bəzi futbolçularımız meydançada zədələndi. Durumlarının ciddi olub-olmadıqlarını sabah öyrənəcəyik. Bildiyiniz kimi Manqaladze heçnədən sarı vərəqə aldı və cəzalı duruma düşdü. İnşallah, yavaş-yavaç hər şeyi qaydasına salacağıq. Bu gün Bakıya qayıdacağıq. Çünki əksər futbolçuların ailəsi Bakıda yaşayır. Sabah istirahət günləridi, dincəlsinlər. Ancaq daha hər oyundan 3-4 gün əvvəl Gəncəyə gələcəyik”.

– Roman Hüseynov əvəzlənərkən sanki sizdən narazı qaldı. Hiss etdiniz bunu?

– Xeyr, mən belə bir şey hiss etmədim. Fikrim də oyunda idi. Heç bir futbolçunun cürəti çatmaz mənə etiraz etməyə, o adamı heç vaxt bağışlamaram.

– Manqaladzenin sarı vərəqə aldığı epizoda necə şərh verərdiniz? Cəzalı duruma düşməsi oyun epizodu belə deyildi…

– Bu hərəkətinə görə, ona pul cəzası kəsəcəyik.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43