Milli komandamızın sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Idmanxeber.com-un məlumatına görə, Berlin təmsilçisi səfərdə “Moyzelvits”in qonağı olub. Görüş “Dinamo”nun 1:2 hesabı məğlubiyyəti ilə başa çatıb. 90 dəqiqə meydanda olan Rüfət Dadaşov görüşdə komandasının ilk qolunu vurub.
Bombardirlər yarışına başçılıq edən Dadaşovun aktivində bu mövsüm 22 qol var.
Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış edib və 16 oyunda 4 qol vurub.