Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün III dövrəsinə yekun vurulub.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı məlumata görə, 2018-ci ilin arxada qalan hissəsinə təsadüf edən dövrənin ən yaxşısı “Sumqayıt” olub. Məğlubiyyət acısı yaşamayan Samir Abasovun komandası hamıdan çox – 15 xal toplamaqla yanaşı, qol sayında (10) da hamını qabaqlayıb.
“Sumqayıt” qədər – 4 qələbə qazanan “Neftçi” 14 xalla 2-ci olub. Dövrənin qalibi kimi uduzmayan “Qarabağ” 13 xal toplayıb. Ağdamlılar hamıdan az – cəmi 2 top buraxıblar. 2018-ci ilin uğursuzları “Kəpəz” və dövrəni qələbəsiz başa vuran “Zirə” son 7 turda hərəyə 4 xal qazanıb.
Qeyd edək ki, dövrənin 28 qarşılaşmasında 54 qol vurulub. Orta məhsuldarlıq 1,93-ə bərabərdir.
1 |
Sumqayıt |
7 |
4 |
3 |
0 |
10 – 5 |
15 |
2 |
Neftçi |
7 |
4 |
2 |
1 |
9 – 6 |
14 |
3 |
Qarabağ |
7 |
3 |
4 |
0 |
6 – 2 |
13 |
4 |
Keşlə |
7 |
2 |
3 |
2 |
9 – 9 |
9 |
5 |
Qəbələ |
7 |
2 |
3 |
2 |
7 – 7 |
9 |
6 |
Səbail |
7 |
1 |
2 |
4 |
5 – 9 |
5 |
7 |
Zirə |
7 |
0 |
4 |
3 |
5 – 9 |
4 |
8 |
Kəpəz |
7 |
1 |
1 |
5 |
3 – 7 |
4 |