Biatlon üzrə norveçli 8 qat olimpiya çempionu Ule Eynar Byorndalen karyerasını başa vurub.
İdmanxeber.com-un məlumatına görə, bu barədə 44 yaşlı idmançı keçirdiyi mətbuat konfransında açıqlama verib.
Qeyd edək ki, Ule Eynar Byorndalen həm də 20 qat dünya çempionu və 6 dəfə “Böyük büllur qlobus”un sahibidir. O, belaruslu olimpiya çempionu Darya Domraçeva ilə evlidir. Byorndalen bu il Pxençanda keçirilmiş XXIII Qış Olimpiya Oyunlarında iştirak etməyib.