Azərbaycan Premyer Liqasının XXII turunda evdə “Keşlə”ni qəbul edəcək “Kəpəz” Nizami yurduna gəlib.
İdmanxeber.com-un məlumatına görə, dünən Bakıda hazırlaşan “sarı-göylər” bu gün Gəncə şəhər stadionunda məşqə çıxıb. Sabahkı hazırlıq prosesi Şəmkir Olimpiya İdman Kompleksində baş tutacaq. Komandanın oyundan öncəki son məşqi isə öz meydanında olacaq. Çalışmalar mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyacaq.