UEFA-nın yeni reytinq cədvəli bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra siyahıda cüzi dəyişikliklər yaranıb.
Cədvəlin başında gələn İspaniya, İngiltərə İtaliya və Almaniya klublarının qazandıqları qələbələr adıçəkilən ölkələrin xal hesabına müsbət təsir edib.
23-cü pillədə qərarlaşan Azərbaycanın mövqeyi dəyişməyib. 19.125 xalla Bolqarsıtanı 1 pillə qabaqlayan ölkəmiz siyahıda İsveçdən sonra gəlir. Azərbaycan Serbiya, Qazaxıstan, Sloveniya, Norveç kimi ölkələrdən də öndədir.