Azərbaycan Premyer Liqasının 22-ci turunun “Kəpəz” – “Keşlə” matçının hakimlər briqadasında dəyişiklik edilib.
İdmanxeber.com-un məlumatına görə, səhhəti ilə əlaqədar olaraq Gəncəyə gedə bilməyəcək Elvin Əsgərovu baş hakim kimi İnqilab Məmmədov əvəz edəcək. Oyunda dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.
Qeyd edək ki, “Kəpəz” – “Keşlə” görüşü sabah saat 15:00-da başlayacaq.