Azərbaycan Premyer Liqasının 22-ci turunda “Neftçi” – “Sumqayıt” oyununda maraqlı hadisə baş verib.
İdmanxeber.com-un məlumatına görə, qonaqların futbolçusu Rəşad Eyyubov ikinci hissənin gedişində hakimdən icazə alaraq tualetə gedib. Bu zaman “Sumqayıt!ın çalışdırıcısı Samir Abasov onun əvəzinə meydana Ülvi İsgəndərovu buraxıb. R.Eyuyubov geri qayıtdığında isə ehtiyat oyunçular skamyasına göndərilib.
Bu faktı futbolçu özü jurnalistlərə açıqlamasında da, təsdiq edib.