Yaponiya Futbol Federasiyası millinin baş məşqçisi Vahid Halilhodziçi istefaya göndərib.
Idmanxeber.com-un məlumatına görə, buna səbəb milli komandanın yoldaşlıq oyunlarında zəif çıxışı olub.
Bu il Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanan Yaponiya millisi sınaq matçlarında Malta ilə heç-heçə (1:1) edib, Ukraynaya isə uduzub – 1:2.
Qeyd edək ki, bosniyalı mütəxəssis 2015-ci ildən Yaponiya millisini çalışdırırdı.