27 Noyabr 2024
İdman

Azərbaycan cüdoçuları Avropa Kubokunu 6 medalla başa vurub

İtaliyanın Linyano şəhərində gənc cüdoçuların Avropa Kubokuna yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, son yarış günündə Azərbaycanın daha bir idmançısı fəxri kürsüyə yüksəlib. 100 kq çəki dərəcəsində mübarizə aparan Adil Kərimov bürünc medal qazanıb. Beləliklə, Avropa Kubokunda ümumilikdə 6 medal qazanılıb. 

Bunadək 55 kq çəki dərəcəsində Balabəy Ağayev qızıl, Rəşxan Baxışəliyev gümüş, Rövşən Əliyev bürünc medala sahib olub. 60 kq çəki isə Yaşar Nəcəfov gümüş, Əhməd Yusifov bürünc medal qazanıb.

Qeyd edək ki, 36 ölkədən 604 gənc cüdoçunun (397 oğlan, 217 qız) mübarizə apardığı Avropa Kubokunda Azərbaycan millisi 27 cüdoçu (20 oğlan, 7 qız) ilə təmsil olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43