Qazaxıstanın veteran futbolçusu Kuralbek Ordabayev ölkəsinin yığmasının bu gün Azərbaycan millisinə qarşı keçirəcəyi yoxlama oyunu haqda danışıb. O, bunları deyib:
“Azərbaycan millisi təcrübəli komandadı. Onlar artıq beynəlxalq səviyyəli oyun ortaya qoyurlar. Azərbaycan da Millətlər Liqasına ciddi hazırlaşır. Buna görə oyunun çox maraqlı olacağını düşünürəm. Oyunçularımız bu gün ev oyununu göstərməlidilər. Çünki azarkeşlər futboldan qaçırlar, onları yenidən tribunalara cəlb etmək lazımdı. Hər bir futbolçu Qazaxıstan yığmasındakı oyunundan həzz almalıdı”.
“Astana Arena”da keçiriləck görüş 18:00-da start götrəcək.