Emeqara ili erkən başa vurdu
“Qarabağ”ın hücumçusu Emeqara zədələnib, tibbi yoxlanışdan sonra forvardın menisk yırtığı aşkar olunub. Emeqara artıq İsveçrəyə yollanıb, futbolçu adıçəkilən ölkədə əməliyyat olunacaq və təxminən 6-8 həftədən sonra fərdi məşqlərə başlayacaq.
Bu da Emeqaranın “Qarabağ”ın “Sportinq”lə keçirəcəyi oyunu buraxacağı anlamına gəlir.
Qeyd edək ki, “Qarabağ” – “Sportinq” matçı 29 noyabr saat 21:55-də başlayacaq