27 Dekabr 2024
Ölkə futbolu

Aftandil Hacıyev: “Kəpəz” uduzsa da, topla oynaya bildiyini göstərdi”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/8 final mərhələsində səfərdə “Kəpəz”i 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb.

İdmanxeber.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, qələbəni şərh edən çalışdırıcı bunları deyib:

“Uzun yol qət etsək də, yaxşı oynadıq. Komandamdan razıyam. Lazım olan qələbəni əldə etdik. “Kəpəz”ə də növbəti oyunlarda uğurlar arzu edirəm. Böyük hesablı qələbə qazansaq da, rəqib topla oynaya bildiyini göstərdi”.

Qeyd edək ki, “Səbail” 1/4 finalda “Zirə”yə rəqib olub. Komandalar arasında ilk oyun dekabrın 15-də, cavab matçı isə 4 gün sonra keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43