27 Dekabr 2024
Ölkə futbolu

Kamran Ağayev: “Futbolu bilən Qurban Qurbanov idi, o da getdi”

“Nə barədə danışım? Qurban Qurbanovun istefa verməyindən? Siz elə bilrisiniz ki, Qurban Qurbanovun istefa verməyinə sevinirəm?”.

İdmanxeber.az saytının məlumatına bu sözləri milli komandamızın və “Keşlə”nin qapıçısı Kamran Ağayev deyib.

32 yaşlı qolkiper milli komandamızın baş məşqçisi Qurban Qurbanovun postundan getməsinə münasibət bildirib: “Çoxları elə bilir ki, mənim Qurban Qurbanovla aramda problem var. Amma bu, belə deyil. Onunla münasibətim indi də yaxşıdır, necə ki, sizinlə eləyəm. O, futbolda mənə ilk güvənənlərdən olub, kapitanlıq sarğısı verib.  Qurban Qurbanoun sayəsində ikinci dəfə karyeramı bərpa etmişəm. Futbolla məşğul olan yeganə insan Qurbanov idi, o da getdi”.

Qeyd edək ki, Kamran Ağayev yığmamızın Farer adaları ilə oyununda zədə alıb və Kosovo səfərinə öz istəyi ilə yollanmayıb. Təcrübəli qolkiper bu hərəkətinə görə tənqidlərə məruz qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43