“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Arsenal” matçında yaşanana erməni təxribatına görə Araz Abdullayevin heş bir reaksiya verməməsinə münasibət bildirib. Qurbanov həmin anı gözlənilməz bir a olduğunu bildirib:
“Hər hansı bir futbolçu haqda nəsə demək çətindir. Belə hallar anidən olur. Onun üzərində getmək çox da düzgün olmaz. Bəlkə də Araz onu tanımadı.Hər azərbaycanlı düşmən üzərinə getməyə hazırdır. Orada hər şey ani alındı. Araz heç kimin qabağından qaçan oğlan deyil”.