Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxmalı idi.
İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi 2019-cu ildəki ilk sınağında Rumıniyanın “Botoşani” klubu ilə qarşılaşmalı idi. Ancaq Antalyada bir neçə gündür davam edən güclü yağışa görə, bölgədəki digər matçlar kimi, bu qarşılaşma da ləğv olunub.
Qeyd edək ki, “Qarabağ” növbəti matçını yanvarın 16-da Macarıstanın “Uypeşt” klubuna qarşı keçirəcək