AFFA AÇ 2020-nin Bakıda keçiriləcək oyunlar üçün bilet satışına iyunun 12-də start veriləcəyini açıqladı.
Bu barədə federasiyanın rəsmi saytında Avropa çempionatının başlamasına 500 gün qalması ilə bağlı yerləşdirilmiş yazıda məlumat verilib.
Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda Bakı Olimpiya Stadionunda keçiriləcək.