Transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir utbolçu ilə güclənir.
İdmanxeber.az-ın məlumatına görə, İsrailin “Hapoel” klubun yarımmüdafiəçisi Əmir Ağayev karyerasını “Sumqayıt”da davam etdirəcək. 27 yaşlı hücumameyilli oyunçunun tibbi müayinədən keçdikdən sonra 1,5 illik müqavilə imzalaması gözlənilir. İsrailin aşağı yaş millisinin sabiq üzvü Tel-Əviv klubundan ayrılaraq ölkəmizə gəlib.
Qeyd edək ki, “Sumqayıt” qış fasiləsində buna qədər Rəşad Əzizli, Adil Nağıyev, Aydın Bayramov, Peyman Babayi və Peyman Keşavarzı heyətinə qatıb.