27 Dekabr 2024
Ölkə futbolu

“Sabah” azyaşlı uşaqları “kinder”lə aldadır ? – açıqlama

Topaz Premyer Liqasının XVII turuna start verilib.

İdmanxeber.az-ın məlumatına görə, “Sabah” – “Qəbələ” matçından sonra yayılan şəkillər gülünc obyektinə çevirilib. Belə ki,  “Sabah” komandası  “kinder” qarşılığında akademiyanın azyaşlı uşaqlarını tribunaya cəlb etdiyi deyilir. Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun fikirlərini öyrəndik. Klub rəsmisi məsələyə belə münasibət bildirdi:

“Bəli, stadiona bizi dəstəkləməyə gələn azyaşlı azarkeşlər akademiyanın uşaqlarıdır. Ancaq bu yeni bir şey deyil. Digər klublarda da var. Onların içərisində yerli sakinlər də var. Onları stadiona gətirmək üçün nə “kinder”, nə də başqa bir şey təklif etməmişik.

“Sabah” yeni yaranan klubdur. Fan-klub bir gündə, bir ayda yaranmır. Bunun üçün müəyyən vaxt tələb olunur. Bunun üçün klub azarkeşin ürəyinə yol tapmalıdır. Biz süni azarkeş yaratmağın əleyhinəyik. Düşünürəm ki, “Sabah” uğur qazandıqca fan-klub da yavaş-yavaş  yaranacaq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43