AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda millimizi qəbul edəcək Xorvatiya yığmasında ciddi itkilər var.
Xorvatiya mətbuatının məlumatına görə, yığmanın əsas qolkiperi olan Lovre Kaliniç, müdafiəçilər Şime Vrsalko, Matey Mitroviç, Yosip Pivariç və İvan Ştriniç zədəli, Deyan Lovren isə cəzalıdır. Vrsalko, Pivariç və Lovrenin martın 21-də millimizə qarşı oynamayacağı dəqiqdir. Digər oyunçuların Azərbaycana qarşı oynayıb-oynamayacağı isə hələlik bəlli deyil
Xorvatiya – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.