“Ötən tur Evdə xal itrmişdik. Dah doğrusu qazansaq da, qolumuz sayılmamışdı. Gənc hakimlər biraz daha diqqətli olsun. Onların səhvi bizi üç xaldan etdi”.
İdmanxeber.az-ın məlumatıan görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçirlən səfər qarşılaşmasından sonra deyib. Gənc mütəxəssis daha sonra oyun barəsində fikrilərini bildirib:
Bu gün qələbə qazanmaq istəyirdik. Nəticə çox da ürək açan olmadı. Bəzən rəqib səni müdaifə olmağa məcbur edir. Biz gənc oyunçulara güvənirik. Yavaş-yavaş onlardan istədiyimizi alacağıq..
S.Qurbanov Rauf Əliyev oynamamasını isə belə şərh edib: “Rauf bizim əsas oyunçularımızdandır. Bugünkü sistemə görə belə bir qərara verdik. Stankoveç isə oyunöncəsi məşqdə zədə səbənindən heyətə daxil etmədik”.