26 Dekabr 2024
Ölkə futbolu

Azərbaycan da VAR sisteminə keçir – rəsmi qərar

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda  qadınlardan ibarət Azərbaycanın A milli komandasına Siyasət Əsgərov, U-19 –a  Vüqar Əsgərli, U-17 və U-15-ə Zamir Həsənov baş  məşqçi təsdiq olunub.

2019-2020-ci il mövsümündə Topaz Premyer Liqası klublarının əvəzedici komandalarının I Divizionda çıxışı üçün AFFA tərəfindən hər bir kluba 50.000 (əlli min) AZN vəsait ayrılmasına qərar verilib.

Yeni qərara əsasən, komandasının I Divizonda iştirakından imtina edən TPL klubu 100 min AZN məbləğində cərimə olunacaq.

Bundan başqa, Tovuz rayonunda, “Turan-Tovuz” klubunun nəzdində Futbol Akademiyası təsis olunmasına qərar verilib. Akademiyanın təsis olunması ilə bağlı texniki proseslərin, inşaat-təmir işlərinin tənzimlənməsi AFFA-nın baş katibliyinə həvalə olunacaq.

Qərarlar sırasında VAR (video-köməkçi hakim) sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi də var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43