“Roma” uğursuz gedişata görə göndərdiyi Di Françesko yerinə Rumınıya futbolçunun canlı əfsanəsi George Hacini gətirmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə Rumınıya mətbuatı məlumat yayıb. Məlumatda “Roma” rəhbərliyinin Haci ilə danışıqlar apardığı da qeyd olunub. Eyni zamanda Hacinin klub rəhbərliyi ilə yaxın əlaqələrinin olduğu bildirilir.
Digər bir məlumata görə isə əgər İtaliya təmsilçisi rumınıyalı mütəxəssisilə razılağa gəlsə, onun oğlu Lanis Hacini də heyətinə qata bilər. Oktyabr ayından izlənən 20 yaşlı futbolçunun yay transfer dönəmində “Roma”ya keçəcəyi gözlənilir.