19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının elit-raund mərhələsində bu gün Rumıniyaya uduzduqları oyundan (0:4) sonra açıqlama verib.
İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o deyib:
“Komanda psixoloji cəhətdən çox yorğun idi. Zədəli və cəzalı oyunçularımızın olması işimizi çətinləşdirmışdi. Bele demək mümkünsə, bu gün hər şey bizim əleyhimizə idi. Turniri belə bitirməməliydik”.
Qeyd edək ki, millimiz qrupu 1 xalla sonuncu pillədə başa vurub.